Revmatologiya

images

Revmatologiya

Revmatologiyanın tədqiqat sahəsinə onurğa sütununun, oynaqların, sümüklərin, əzələlərin və qan damarlarının zədələnməsini daxil edən vnozologiyanın (dayaq-hərəkət aparatından əlavə daxili orqanların zədələnməsi) araşdırılması daxildir.

Mərkəzimizdə aşağıdakı xəstəliklərin müalicəsi həyata keçrilir:


■ oynaqların iltihab xəstəlikləri:
revmatoid artrit;
ankilozlaşan spondilit (Bexterev xəstəliyi);
osteoartroz;
podaqra;
osteoporoz;
Reyter xəstəliyi;
Reyno xəstəliyi.

■ sistem revmatik xəstəliklər:
sistemli qırmızı qurd eşənəyi;
dermatomiozit;
Şeqren xəstəliyi;
sistemli sklerodermiya.

■ sistemli vaskulitlər:
hemorragik vaskulit (Henox-Şönleyn purpurası);
düyünlü poliarteriit;
mikroskopik poliangiit.

Revmatik xəstəliklərin diaqnostikası laborator müayinə metodları (qanın ümumi analizi, revmatoid faktor, sidik turşusu, antinuklear anticisimlər (nüvə antigenlərinə qarşı anticisimlər), C-reaktiv zülal (CRZ), antistreptolizin-O (ASLO) və s.), həmçinin USM, rentgenoqrafiya, KT (kompüter tomoqrafiyası) kimi əlavə müayinə metodları vasitəsilə aparılır.

Ultrasəs densitometriyası sümük toxuması boyunca ultrasəs dalğalarının yayılması sürətini ölçən cihaz vasitəsi ilə aparılır. Tez bir zaman ərzində aparılması və orqanizmə tam zərərsiz olması ilə fərqlənir. Hamilə qadınlarda belə aparıla bilər. 

DENSİTOMETRİYA SÜMÜK TOXUMASININ SIXLIĞINI VƏ MİNERAL KÜTLƏSİNİ TƏYİN EDİR.

Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxarır;

Gələcəkdə baş verə biləcək sınıqları proqnozlaşdırır;

Onurğa sutununda deformasiyalarını təyin edir;

Osteopeniya və #osteoporoz, sümük kütləsinin itirilməsinə səbəb olan digər xəstəlikləri müəyyən edir.

DENSİTOMETRİYA aparılması vacibdir:

  • Cüzi travmalar nəticəsində yaranan sınıqlarda;
  • Hormonal preparatlar qəbul edənlər;
  • Menopauza (klimaks) dövründə olan #qadınlar;
  • Şəkərli diabet xəstələri;
  • D vitamini çatışmazlığı olanlar;
  • Kalsium mübadiləsinin pozulması  olanlar;
  • Normadan çox siqaret, qəhvə, alkoqol qəbul edənlər;
  • Narkotik istifadəciləri.

DİAQNOZ TİBB MƏRKƏZİNDƏ DENSİTOMETRİYA MÜAYİNƏSİNDƏN KEÇİN, SÜMÜKLƏRİNİZİN SAĞLAMLIĞINA ƏMİN OLUN!

 

 

Telefon
WhatsApp
İnstagram
Telegram