Anesteziologiya və Reanimasiya

images

Anesteziologiya və Reanimasiya

Diaqnoz Tibb Mərkəzində icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması, dünyada qəbul olunmuş standartlar və anestezioloji protokolların tətbiqi əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə şərait yaradır. Əməliyyatxanalar dünya tibb elminin son tələblərinə cavab verən anesteziya cihazları və monitorlarla təchiz olunub.

Anesteziologiya elminin müasir tələblərinə cavab verən anestetiklərin (halotan, isofluran, sevofluran) istifadəsi peşəkar anesteziyanın aparılması ilə yanaşı, ağırlaşma faizinin minimuma endirilməsinə, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasına xidmət edir. Bu da öz növbəsində xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.

 

REANİMASİYA VƏ İNTENSİV TERAPİYA

Cərrahi əməliyyatdan sonra reanimasiya təqibinə ehtiyac olan xəstələr, eyni zamanda müxtəlif orqan çatışmazlığı, müştərək travma ilə daxil olan xəstələrə nəzarət və müalicə bu şöbədə həyata keçirilir. Müasir çoxfunksiyalı monitorlar vasitəsi ilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiqi, qaz mübadiləsi, bədən temperaturu, ürəyin fəaliyyəti, qanın oksigenlə zənginliyi kimi həyati vacib funksiyalarının göstəriciləri şöbədə daimi nəzarət altında saxlanılır. Xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur. 

 

Telefon
WhatsApp
İnstagram
Telegram