Qastroenterologiya

images

Qastroenterologiya

Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsində qida borusu, mədə, 12 barmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır. Eyni zamanda onkoloji xəstəliklərin erkən diaqnostikası və erkən aşkar olunmuş bəzi törəmələrin endoskopik üsulla erkən müalicəsi, eyni zamanda xroniki xəstəliklərin izlənməsi həyata keçirilir. 

Diaqnoz Tibb Mərkəzində mədə-bağırsaq orqanları xəstəliklərinin diaqnostikası üçün aşağıda qeyd olunan müayinə metodları istifadə olunur:

  • Geniş spektr kliniki və biokimyəvi laborator göstəricilər;
  • Qaraciyərin, öd kisəsinin, mədəaltı vəzin ultrasəs müayinəsi və qarın boşluğu damarlarının dupleks skanı;
  • Endoskopik müayinələr.

 

Qastroenteroloji prosedur və əməliyyatlar:

  • Rəqəmsal video. Qastroskopiya (Helicobacter Pylori testının keçirilməsi ilə bərabər)
  • Rəqəmsal video. Duodenoskopiya
  • Rəqəmsal video. Kolonoskopiya
  • Rəqəmsal video. Rektoskopiya
  • Ezofagial və anorektal Manometriya
  • Ph-metriya
  • Hidrokolonoterapiya

 

► ERCP (Endoskopik Retrograd Xolangiopankreatoqrafiya)

► EMR (Endoskopik Mukoz Rezeksiya)

► ESD (Endoskopik Submukozal Disseksiya)

► POEM (Peroral Endoskopik Miyotomiya)

► Qida borusunun daralmalarında​ stent yerləşdirilməsi

► Qida borusunun və mədənin varikoz venalarının bandlanması və sklerozlaşdırılması

► Daralmaların balon/buji dilatasiyası (xoşxassəli darlıqların aradan qaldırılması üçün darlıq sahəsinin balon və ya buji seti ilə ləğv edilməsi)

► Mədə-bağırsaq traktındakı qanaxmaların dayandırılması

► Mədə balonunun yerləşdirilməsi

► Mədə-bağırsaq traktından yad cisimlərin kənarlaşdırılması (bezoar və s.)

► Öd yolların stentlənməsi

► Endoskopik üsulla qastrostomanın qoyulması və s.

Telefon
WhatsApp
İnstagram
Telegram