Endokrinologiya
Endokrinologiya tibbin endokrin orqanların quruluşu, funksiyası,endokrin sistem patologiyalarının müayinə və müalicəsini, profilaktikasını öyrənən sahəsidir.
Diaqnoz Tibb Mərkəzində bütün endokrin patologiyaların dəqiq diaqnostikası və müalicəsi həyata keçirilir:
Qalxanabənzər vəzinin xəstəlikləri:
- Hipertireoz (Qalxababənzər vəzinin funksiyasının artması)
- Hipotireoz (Qalxababənzər vəzinin funksiyasının azalması)
- Düyünlü zob və tireod neoplaziyaları (İncə iynə aspirasyon biopsiyası -düyünlü zobda düyünə 21 və yaxud 22 nömrəli iynəsi olan 10 və ya 20 ml-lik şprislə inyeksiya olunub , oradan materilal sitologiyada baxdıqdan sonra xoşxassəli və yaxud bədxassəli düyün olduğuna qərar verilir, bu metodun üstünlüyü –xəstə boşuna əməliyyata göndərilmir)
- Tireoditlər
- Qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması
Qalxanabənz ərətrafı vəzilərin xəstəlikləri:
- Hipoparatireoz
- Hiperparatireoz
- Osteoparoz (yaşlılarda sümük əriməsi)
- Osteomalyasiya (gənc yaşlarda sümük əriməsi)
- Renal osteodistrofiya (kəskin böyrək çatmamazlığı nəticəsində sümüklərdə lezyonların əmələ gəlməsi)
Mədəaltı vəzi xəstəlikləri:
- 1-ci tip diabet (insulindən asılı olan)
- 2-ci tip diabet (insulindən asılı olmayan)
- Hestosyonal diabet (hamiləlik diabeti)
- İnsulinə davamlılıq və ya metobolik sindrom
Böyrəküstü vəzi xəstəlikləri:
- Adisson xəstəliyi (böyrəküstü vəzin qabıq maddəsinin xroniki çatmazlığı)
- Kuşinq xəstəliyi
- Konn sindromu (böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının həddən artıq ifrazı)
- Feoxromositoma (böyrəküstü vəzin beyin maddəsinin hormonal fəal şişləri)
Hipofiz xəstəlikləri:
- Hiperprolaktinemiya (prolaktin hormonunun normadan artıq ifrazı)
- Akromeqaliya (boy hormonunun həddən artıq ifrazı nəticəsində üzdə, burunda, alında, ətraflarda və daxili orqanlarda böyümə)
- Kuşinq sindromu (üzün ay şəklini alması, bel çevrəsində piy qatının artması, yüksək təzyiq, şəkər xəstəliy və s)
- Şəkərsiz diabet (ADH hormonun qismən və ya tamamilə olmaması)
Yumurtalıqlarda baş verən hormonal pozğunluqlar:
- Polikistozlar
- Hirsutizm (qadınlarda kişi şəklində tüklənmə )
- Endokrin sonsuzluq
Anoreksiya (həddən artıq arıqlama)
Piylənmə xəstəliyi
Ginekomastiya (kişilərdə süd vəzinin həddən artıq böyüməsi)
Klinikamızda endokrinoloji xəstəliklərin dəqiq diaqnostikası üçün bütün müayinə üsulları vardır:
- laborator diaqnostika ilə bütün hormon analizləri (T3, T4, sərbəst T3, sərbəst T4,TSH, ,tireoqlobulin, kortizol, DHEA-SO4, FSH, LH, estradiol, progesteron,prolaktin, testosteron, 17-OH-progesteron, HGH- somatotropin, AKTH, PTH, qanda qlükozanın təyini, C-peptidin təyini, insulin, şəkər yüklənməsi, qlikohemoqlobin)
- endokrin orqanların USM-si
- KT
- rentgen müayinəsi
- damarların doppleroqrafiyası
- ixtisaslı həkim konsultasiyaları
- incə iynə aspirasyon biopsiyası
- histoloji və sitoloji müayinələr