Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri Rəfael Həsənov 18-21 may tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən “Həzm Xəstəlikləri Həftəsi (Digestive Disease Week 2024)” də iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirak etdiyi tədbirdə həzm sistemi xəstəliklərinin müasir müalicə üsulları, həzm orqanlarında aparılan əməliyyatlar, həmçinin qastrologiya problemlərinə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.