|
|
|
|
|
|
|
|
|
|
|
|
 |
|
|
|
|
|
| |
Oftalmologiya kabineti
|
|
Hal-hazırda Azərbaycan reallığı üçün zəifgörmə, çəpgözlük, qlaukoma xəstəliyinin müayinə və müalicəsi, katarakta xəstəliyi aktuallaşıb. Bu cür problemlər üzündən həkimə müraciətlər artıb. Yeni doğulmuş
körpələrdə beyindaxili təzyiqin fəsadlarından biri də həmin körpələrdə çəpgözlüyün yaranmasıdır. Həmçinin dölün infeksiyalara məruz qalması və lazımi müalicə tədbirləri aparılmadığından körpələrdə oftalmoloji problemlər özünü göstərir. Yaşlı insanlarda da göz xəstəlikləri diqqət yetiriləsi məqamlardandır.
Diaqnoz Tibb Mərkəzi göz xəstəliklərinə də xüsusi diqqət yetirir. Peşəkar və yaxşı təchiz olunmuş göz kabineti ilə əhalinin belə bir tibbi xidmətə olan ehtiyacını yüngülləşdirməyə çalışır. Bundan əlavə tibb mərkəzinə daxil olan xəstələrdə yanaşı gedən patalogiyaları da aşkar etmək üçün hər sahəyə aid mütəxəssisin olması vacib olmalıdır.
|
|
Tibbin müxtəlif sahələri, o cümlədən endokrinologiya, nevrologiya və digər ixtisaslarda çalışan həkimlər xəstələri müayinə və müalicə edərkən həkim-oftalmoloqa ehtiyac duyurlar.
Diaqnoz Tibb Mərkəzində bütün gün ərzində oftalmoloq əhalinin xidmətindədir. Bizim göz həkimi kabinetində okulist-oftalmoloqlar - Səmədova Raidə və Vəliyeva Tünzalə işləyir. İki növbəli iş rejimində çalışan həkim oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul oluruq. Bu xəstəliklərdən konyunktivit, uveit, katarakta, qlaukoma, blefarvit, Çəpgözlük, zəifgörmənin bütün növləri, keratit və s. daxildir.
İşin yüksək keyfiyyətdə görülməsinə üçün imkan verən ən müasir aparat və cihazlarımız var. Bu cihazların köməyi ilə biz həm də gözdaxili təzyiqi ölçürük, gözdən yad cismi çıxarırıq, göz yaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi və s. vacib problemləri həll edirik. Aparatlarımız üstün keyfiyyətə malikdir və olduqca rahat istifadə olunur.
|
|
|
|
| |