Hidrokolonoterapiya kabineti
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
Hidrokolonoterapiya kabineti 

Qədim Çin zərbi-məsələsində deyilir: «Mənim əcəlim mənim bağırsağımda yaşayır». Başqa bir misalda «Mənim bağırsağım olmasaydı, 300 il yaşayardım» deyilir. Əlbəttə ki, bu qədim el misalları məcazi mənada deyilsə də, özlüyündə dərin məna və həqiqəti ifadə edir. Uzun illərdir ki, tibb alimlərini bir məsələ çox düşündürürdü. Necə etmək olar ki, orqanizmin öz-özünü zəhərləməsinin qarşısını almaq mümkün olsun? İndiyə qədər mövcud olan Sifon imalələr (xalq arasında bu «klizma» kimi tanınır) problemin qarşısını almırdı. Çünki bu imalə zamanı cəmi 1,5-2 litr sudan istifadə edilirdi ki, bu da bağırsaqların tam təmizlənməsi üçün kifayət etmirdi. Digər tərəfdən Sifon imalənin texniki cəhətdən çətin olması, estetik baxımdan narahatlıq doğurması adamlarda çətinlik törədirdi. Sivilizasiya inkişaf etdikcə, müasir dünyada bu problem daha da aktuallaşıb. İnsanların oturaq həyat tərzi, çoxlu miqdarda heyvani mənşəli qidaların qəbulu, ekoloji tarazlığın pozulması və digər mənfi faktorlar problemi daha da dərinləşdirir, bağırsaqlarla əlaqədar xəstəliklərin geniş yayılmasına səbəb olur. Bağırsağın bədxassəli şişləri, xroniki kolitlər, ümumi yorğunluq sindormu getdikcə artmaqdadır. ABŞ-da əhalinin 70-80 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkir. Respublikamızın da əhalisi bu xəstəliklərə tez-tez məruz qalır. Azərbaycan xalqı ət yeyən xalqdır. Sistemli şəkildə meyvə tərəvəzdən istifadə edənlər çox deyil. Bunun da təbii ki, obyektiv və subyektiv səbəbləri var.

Bir faktı qeyd etmək yerinə düşər ki, Bakı şəhərində yaşayan əhalinin 70-75 faizi bağırsaq xəstəlikləri problemləri ilə ya üzləşib, ya da, bu riskin təsiri altındadır. Bu sadalanan xəstəliklərin etioloji (əmələ gətirən) faktorlarından biri və ən başlıcası yoğun bağırsaqda mikroflorasının disbalansıdır. İnsanların oturaq həyat tərzi, çoxlu miqdarda bişmiş heyvani mənşəli yağların və zülalların qəbulu, bağırsağın müxtəlif infeksion və qeyri infeksion iltihabi xəstəlikləri bu qidaların həllini çətinləşdirir. Uzun illər bu qida qalıqları bağırsaq büküşlərində yığılıb qalır. Onlar bağırsaqda çürüdükcə müxtəlif toksik maddələr yaradır. Bu toksiki maddələr orqanizmə sorularaq mərkəzi sinir sisteminə, daxili orqanlara, o cümlədən ürək əzələlərinə, dəriyə, görmə və eşitmə orqanlarına toksiki təsir göstərir, onları zədələyir. Beləliklə, insanların aktivliyi zəifləyir, dəri qocalır, qırışır. İnsanların həyata maraqları azalır, onlarda depressiv hallar meydana gəlir.


Bağırsaq şlaklarından ayrılan toksiki maddələr bağırsaq divarına yerli təsir edərək müxtəlif şişlərin, yerli iltihab ocaqlarının inkişafına səbəb olur.

Alman alimləri bu problemləri aradan qaldırmaq, yoğun bağırsağın təmizlənməsi və müxtəlif müalicə prosedurların aparılması üçün «Kolonhidormat» adlanan aparatı icad etmişlər. Kolonhidormat aparatının Diaqnoz Tibb Mərkəzində ikinci nəsil olan «Kolonhidormat-II» növü quraşdırılıb və xüsusi «hidorkolonoterapiya» kabineti fəaliyyət göstərir.


Bu aparatın üstünlükləri bunlardır:

1) Aparata daxil olan həm isti, həm də soyuq su baş filtrasiyadan keçir. Sonradan bu su xüsusi işıq kamerasında şüalanaraq dezinfeksiya edilir.
2) Aparatda suyun təzyiqini, temperaturunu avtomatik tənzimləyən sistem quraşdırılıb, yüksək təzyiq və temperaturdan müdafiə sistemi mövcuddur.
3) Aparatla ancaq birdəfəlik sistemlər işlənir, iç mexanizminin dezinfeksiyası avtomatik və yüksək səviyyədədir.
4) Aparat işləyərkən xəstə sanki istirahət edir. Tam qorxusuz və estetikdir. Xəstə özündən tökülən ifrazatı görə bilir.
5) Aparatla müxtəlif bitki dəmləmələrinin, OZON qazının yeridilməsi mümkündür.


 

Hidrokolonoterapiyaya göstərişlər:
1) Xroniki kolit (qəbizlik və ishal).
2) Bağırsağın parazital xəstəlikləri.
3) Xroniki yorğunluq. 4) Dəridə olan müxtəlif xəstəliklər.

Rahat və səliqəli şəraitdə qəbul edilən hidrokolonoterapiya bir çox konkret xəstəliklərin müalicəsində uğurla istifadə edilir. Nəticə etibarilə, həm də müalicə edilən xəstəliklərin fəsadları da aradan qalxır. Orqanizm, ələlxüsus qarın boşluğu orqanları bir-birinə bağlı olduğu üçün yaranmış müsbət təsir digər orqanlarla yanaşı xəstəliklərə də sirayət edir.


Əks göstərişlər:
Diaqnoz Tibb Mərkəzində hidrokolonoterapiya prosedurunu qəbul etməzdən əvvəl xəstə mütləq qaydada tibbi müayinədən keçirilir. Bu üsul aşağıdakı hallarda əks göstərişdir.

1) Bağırsaqlarda yeni aparılan əməliyyatlar.
2) Bağırsaq qanaxmaları.
3) Bağırsağın bədxassəli şişləri.
4) Ürəyin işemik xəstəliyi - infakt.
5) Psixozlar.
6) Hamiləlik.

Hidrokolonoterapiyada yaş məhdudiyyəti yoxdur. Hidrokolonoterapiya prosedurundan qabaq və prosedur müddətində xüsusi dieta təyin olunur. Aparatın köməyi ilə bağırsaqların yuma əməliyyatında hər dəfə 30-35 litr su istifadə olunur. Prosedur bir gündən bir olmaqla 5-8 dəfə aparılır.

Müalicəvi prosedurlardan sonra insan aktivləşir, dərisi təmizlənir, təravətlənir, təzyiq normallaşır, bağırsaq peristaltikası düzəlir, cinsi aktivlik artır. Müalicədən sonra xəstələr arasında apardığımız sorğular da bunu təsdiq edir. Bizə bildirirlər ki, həqiqətən bir kurs müalicə qəbul edəndən sonra fiziki gücü artır, əhval-ruhiyyəsi, əsəbləri yaxşılaşır. Qeyd etməliyəm ki, bu müalicə üsulu Avropada artıq çox geniş yayılaraq müalicədən daha çox gigiyenik bir vasitəyə çevrilmişdir. Ümumiyyətlə, hər bir şəxs ildə bir dəfədən az olmayaraq bu prosudurdan keçir. Hətta bir çox mədə-bağırsaq profili sanatoriyalarda, o cümlədən Şimali Qafqazda, Bolqarıstanda, Almaniyada vəItaliyada yerləşən sanatoriyalarda belə müalicə kurslarından geniş istifadə olunur. Müalicə dövründə heç bir kimyəvi vasitədən istifadə edilmir. Yalnız və yalnız xüsusi reseptlərlə hazırlanmış bitki dəmləmələrindən, Oksigen və Ozon qazından istifadə olunur. Müalicədən əvvəl xəstələr həkim proktoloqun baxışından keçir. Azərbaycanda bu üsulun primitiv forması vaxtilə qısa bir vaxt ərzində tətbiq olunsa da, yarımçıq qalmış və daha təkmil metodlarla işlənilməmişdir. Ən müasir aparatura ilə indi paytaxtımızda Diaqnoz Tibb Mərkəzi xalqımıza hidrokolonoterapiya xidmətini təşkil edib. Yerli əhalidə bu üsuldan istifadəetmə hələ ənənə halını almadığından bizə müraciət edən xəstəliklərdən əziyyət çəkənlər olur və müalicə istiqaməti üstünlük təşkil edir. Prosedur barədə bir az aydın izahat vermək yerinə düşərdi. Xəstənin müalicəsinə kifayət edəcək qədər gündəlik seans təyin olunur. Biz iki seansdan sonra ot dəmləmələri ilə də bağırsağı yuyuruq. Suyu bədən temperaturu ilə düz bağırsaqla kolonhidromat aparatı vasitəsilə orqanizmə daxil edirik. Əvvəlcə 30-40 litr su bağırsağa yığılır, sonra vakumla bağırsaqda yığılıb qalan çöküntülər, şlaklar sorularaq orqanizmdən çıxarılır. Adətən 5-8 seans bəs eləyir ki, xəstə onu narahat edən problemlərdən yaxa qurtarsın. Seans ümumilikdə 45 dəqiqə çəkir. Üstəlik yoğun bağırsaq yuyulub təmizlənəndən sonra bütün daxili orqanların xəstəlikləri, o cümlədən hipertoniya, astma, şəkərli diabetin qarşısını da alır, orqanizmdə olan intoksikasiyanı aradan qaldırır. Hətta bu yaxınlarda bir qadın qəbizlik səbəbindən bizdə hidrokolonoterapiya prosedurundan keçdikdən sonra onda olan yumurtalıq kistası da paralel olaraq müalicə olundu. Bu prosedur kişilərdə prostat vəzinin iltihabi prosesləri, xırda adenomalarda çox müsbət effekt verir. Fikrimizcə, orqanizmdə bir çox ciddi xəstəliklərin törənməsinə yol açan və yoğun bağırsaqda yığılıb qalan şlakları, ərp bağlamış çöküntüləri təmizləmək xəstəliklərdən xilas olmağın profilaktikası üçün mükəmməl bir vasitədir.

Çünki xəstəliyi qıcıqlandıran intoksinasiyanı aradan götürməklə onun müalicəsini olduqca rahat aparmaq olur. Xəstəliklərin əsl səbəbi qaldıqca, aparılan müalicə lazımi qədər səmərə vermir. Hər bir həkim əksər hallarda öz ixtisasına uyğun müalicə edir, problemə kompleks yanaşmır. Yaranmış qeyri-müəyyənlik adətən həkimlərin də işini çətinləşdirir. Ona görə də sizə hidrokolonoterapiyadan istifadə etməyi məqsədəuyğun hesab edirik.


 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00