|
|
|
|
|
|
|
|
|
|
|
|
 |
|
|
|
|
|
| |
Kardiologiya şöbəsi
|
|
Hörmətli oxucular.
Diaqnoz tibb mərkəzinin ən əhəmiyyətli fəaliyyət sahələrindən biri ürək-damar sistemi xəstəliklərinin erkən aşkar olunmasıdır. Hal-hazırda ürək-damar xəstəlikləri bütün dünyada ən çox ölümə səbəb olan xəstəliklərdir. Xüsusən respublikamızda hər il dünyasını dəyişənlərin təqribən yarısı ürək-damar xəstəliklərindən vəfat edir. Bu xəstəliklərin gənc, əmək qabiliyyətli şəxslər arasında çoxalması ictimaiyyətin, həkimlərin ciddi narahatçılığına səbəb olur.
Ürək ağrısı ilə, qeyd olunmalıdır ki, bir sıra mənfi vərdişlər, o cümlədən siqaretdən istifadə edənlərin sayı gənclər arasında çoxalır. Bu cür şəxslərdə ciddi damar darlığı problemi əmələ gəlir ki, bu da bir müddətdən sonra kəskin ürək xəstəliyinə və infaktlara səbəb olur. Bundan əlavə yağlı yeməklərdən çox istifadə olunması olduqca zərərlidir.
|
|
Nəzərə alınmalıdır ki, insanların bir çoxunda yaşanan emosional stresslər, depressiya halları da ürək xəstəlikləri riskini yüksəldən amillərdəndir. Bütün bu problemləri rəhbər tutaraq bizim tibb mərkəzində ürək-damar sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi yüksək səviyyədə təşkil olunub.
Diaqnoz Tibb Mərkəzinin Kardioloji kabinetində 2 nəfər yüksək ixtisaslı həkim, ali dərəcəli kardioloqlar Rəşidov Ağadadaş (həftənin cüt günləri), Yusifov Turxan (həftənin tək günləri) səhər saat 9:00-dan 18:00-dək iş rejimi ilə çalışır. Aparılan kardioloji müayinələr bunlardır:
- Kompüter Elektrokardioqrafiya (analizi ilə birlikdə)
- Stress test (fiziki yükləmə ilə müayinə)
- EXO KQ
- Rəngli doppler - EXO KQ
- Laborator müayinələr
Müasir dövrdə kardioloji müayinələrin əhəmiyyəti insan həyatı üçün olduqca böyükdür. Hətta kardioloji şikayəti olmayan şəxslərə belə müayinələrdən keçməsi məsləhət görülür. Özündə hər hansı bir narahatçılıq, diskomfort hiss edənlər Elektrokardioqrafik müayinədən keçməlidir. Ürək qan-damar sistemi tərəfində hansısa dəyişiklik qeyd olunursa, EXO KQ və stress testdən keçməlidir. Hər bir müayinə üsulu həkimə lazım olan informasiyanı verir. Xəstədə müəyyən şübhəli məqamlar müşahidə edildikdə xəstə başqa kordiodiaqnostik müayinələrdən də keçir. Aparılan müayinələr içərisində Elektrokardioqrafiya ilk mərhələdə böyük informasiya verir və ən ucuz, sərfəli və sadə bir müayinə üsuludur.
Nə qədər sadə və primitiv olsa da, Elektrokardioqrafiya kardioloji xəstənin ürək qan-damar sistemi, ürəyin fəaliyyəti, ürəyin keçirdiyi xəstəliklər haqda, hazırki durumu haqda böyük informasiya verir. Lakin xəstədə gizli koronar çatışmazlığı, gizli qan dövranı patalogiyalarını aşkara çıxarmaq üçün Stress test müayinə üsulu mütləq vacibdir. Ürəyin anadangəlmə qüsurlarını, ürək çatışmazlıqları, ümumiyyətlə anadangəlmə və qazanılmış qüsurları müəyyən etmək üçün rəngli doppler EXO kardioqrafik müayinə əvəzsiz rol oynayır. Məhz bu baxımdan Amerika alimləri bildirir ki, rəngli doppler Exokardioqrafik müayinə son 30 ildə kardiologiyada ən böyük kəşfdir. Rəngli Dopler Exokardioqrafik müayinə üsulu ürəyin durumu haqda daha geniş və dəqiq informasiya verir.
Doppleroqrafiya ürəyin klapanlarının vəziyyətini, tromblarının, varikoz düyünlərin, damarların daralma dərəcəsini təyin etməyə imkan verir.
Exokardioqrafiya metodu miokard əzələsinin, klapan aparatının, ürək kisəsinin (perikord) vəziyyətini, ürəyin funksional qabiliyyətini, infaktdan sonrakı çapıqları aşkar etməyə imkan yaradır. Təbii ki, keçirilən müayinələrin düzgün analiz edilməsi, dəqiq nəticə çıxarılması üçün yüksək peşəkarlıq tələb olunur. Bizim kardioloji kabinet işinin öhdəsindən məhz peşəkarlıqla gəlir. Biz ən müasir kardioloji standartlara uyğun fəaliyyət göstəririk. Müayinə və müalicə eyni həkim tərəfindən edilir. Bu kardiologiyanın son və üstün standartlarıdır. Əvvəllər sovet təbabətində kardiologiya funksional diaqnostik və kardioloq anlayışlarına bölünürdü. Azərbaycanda bir çox tibb müəssisələrində bu standartlar davam etdirilir. Lakin Avropada, o cümlədən Türkiyədə və digər inkişaf etmiş ölkələrin təbabətində funksional diaqnostik və kardioloq bir-birindən ayrı deyil. Kordioloq özü Exokardioqrafik müayinə aparanda xəstə haqda tam informasiyanı birbaşa görür, düzgün analiz edir və gərəkli müalicə edir. Kardioloq olmayan şəxs aparatda müayinəni aparanda ürəyin funksiyaları, qapaq sistemi haqda kifayət qədər informasiya qəbul edə bilməz.
Dünyanın inkişaf etmiş ölkələrində kardioloq istər EKQ holter sistemi, EXO kardioqrafiya, Elektrokardioqrafiya, istərsə də Stress testi özü həyata keçirir. Xəstə üzərində sonrakı dinamik müşahidələri, təkrar müayinələr zamanı qeyd olunan dəyişiklikləri düzgün nəticə çıxarır.
Diaqnoz Tibb Mərkəzində quraşdırılmış Kardiodiaqnostik aparatlar yüksək keyfiyyətli Yapon aparatlarıdır. Ürək nahiyəsində hər hansı bir problemi aşkara çıxarmaq üçün həm də laborator müayinələr aparılır. (Məsələn: xolesterin, ümumi lipidlər kimi biokimyəvi analizlər). |
|
Qeyd olunmalıdır ki, yaşa dolmuş şəxslər, risq amilləri altında olanlar, revmatizm, diabet kimi xəstəliyi olanlar kardioloji müayinədən keçib müvafiq profilaktik müalicə tədbirləri görməlidirlər. Ardıcıl stress şəraitində olanlar, siqaret çəkənlərin xüsusən müayinəsi vacibdir. Ürəyinizdə ciddi problem olmasını gözləməyin. Unutmaq olmaz ki, 50 faiz hallarda miokard infaktı ürək damarları aterosklerozunun ilkin əlamətidir. Həkimə vaxtında müraciət etmək-xəstəliyi erkən mərhələdə üzə çıxarmaq və onun inkişafının qarşısını almaq deməkdir. |
|
|
| |