Diaqnoz Tibb Mərkəzinin laboratoriyası
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
Diaqnoz Tibb Mərkəzinin laboratoriyası 

Diaqnoz Tibb Mərkəzinin laboratoriyası respublika miqyasında bu cür diaqnostika metodun ən yüksək keyfiyyət göstəriciləri ilə seçilir. Laboratoriyada yalnız beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli, tanınmış şirkətlərin reagentlərindən və avadanlıqlarından istifadə olunur.

Diaqnozun dəqiq qoyulması və müalicənin uğurlu aparılması üçün laborator müayinələr böyük əhəmiyyət kəsb edir.

İstifadə olunan reaktivlər ən yeni və keyfiyyətli məhsullardır.

Laboratoriya aşağıdakı şöbələrdən ibarətdir:

* ümumi kliniki,
* biokimyəvi
* seroloji
* bakterioloji
* PCR- analizlər

PCR (PZR) analizlər Moskvanın Elmi Tədqiqat Epidemiologiya İnstitutu ilə birgə aparılır. Kabinetdə aparılan qanın ümumi analizində 26 parametrdə tez və operativ müayinə aparılır.
Laboratoriyada ali tibbi təhsilli, ixtisaslaşma kursundan keçmiş 4 nəfər həkim fəaliyyət göstərir. Onlar uzun illər iş təcrübəsinə malikdirlər və dəfələrlə təkmilləşdirmə kursunu bitiriblər. Laboratoriya həkimləri Axundova Səyyarə (uzun illər iş stajına malikdir, müxtəlif mükafatlarla təltif olunub), Biokimyəvi analizləri aparan həkim Nailə Yetimova (Sankt-Peterburq şəhərində təkmilləşmə kursunu bitirib), hormonlar və infeksiyalar üzrə həkim Elxan Seyidov, Bakterioloji analizləri tanınmış həkim Kəmalə Muxtarovadır.
Laboratoriya kompüterləşdirilib. Aparılan analizlər kompüterin yaddaşında saxlanılır. Xəstə istənilən vaxt analizlərin nəticələrini yenidən götürə bilər. Hormonları, infeksiyaları müəyyən edən analizatorlar Almaniyanın «Human» firmasının, Hepatoloji analizləri aparmağa imkan verən aparat Amerikanın istehsalı olan Bekman Robot analizatorudur. Çoxlu sayda biokimyəvi analizləri ən yüksək səviyyədə həyata keçirən aparat da Almaniyanın «Human» şirkətinə məxsusdur.
Mərkəzin laboratoriya şöbəsi Almaniya, ABŞ, İspaniya, İtaliya və s. kimi inkişaf etmiş ölkələrin istehsalı olan avtomat analizatorlar vasitəsilə ən mürəkkəb analizləri dəqiqliklə aparmağa imkan verir. Şöbədə mürəkkəb analizlərin aparılmasında insan amili minimuma endirilmişdir. Xəstədən birdəfəlik tubiklərdə götürülmüş qan avtomatik şeykerlərdə ilkin işlənmədən keçdikdən sonra analizatora verilir. Tam avtomatik analizator qana lazım olan reaktivləri müəyyən olunmuş miqdarda əlavə edir və yekun nəticəni hesablayır. Prosesin gedişinə kompüter nəzarət edir.

Analizləri, xüsusilə hormonlar, günün 1-ci yarısı, saat 12.00-a qədər acqarına təqdim etmək tövsiyə olunur.
. Mərkəzin laboratoriya şöbəsində 200-dən artıq çeşitdə Robot analizatorlarla  kliniki, biokimyəvi,immunoloji, seroloji, sitoloji, bakterioloji analizlər yüksək dəqiqliklə aparılır və nəticələri təkrari kontroldan keçirilir. Cavabların dəqiqliyinə təminat verilir.


Laboratoriyanın iş saatı səhər saat 8:00-dan axşam saat 18:00-dəkdir.

 




 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00