|
Diaqnoz Tibb Mərkəzində endoskopik müayinə olaraq Ezofaqoqastroduodenoskopiya, kolonoskopiya və rektoskopiya müayinəsi aparılır. Qastofibroskop vasitəsilə qida borusu, mədə, 12 barmaq bağırsağa baxılır. Sözügedən orqanların xəstəliklərinin diaqnozunda əvəzsiz xüsusiyyətə malikdir. Kabinetdə quraşdırılan «Pentaks» aparatının köməyi ilə müayinə aparılır. Lazım gələrsə biopsiya götürmək olar.
|
|
Hər
bir xəstənin müayinə proseduru 20-25 dəqiqə vaxt aparır.
Kabinetdə endoskopik müayinə həkimləri Həsənov Rafael və
Vəliyeva
Lalə işləyir. Ezofaqoqastroduodenoskopiya müayinəsinin bir sıra
üstünlükləri var ki, bu da adətən digər müayinə növləri, xüsusən
də rentgen yoluyla müayinə zamanı xəstəliyin tam dəqiqliklə
yoxlanılması nəticə verməyəndə tətbiq edilir. Respublikamızda bu
gün ciddi çətinliklərlə üzləşən və həyata keçirilməsi çox vaxt
mümkün olmayan (mədə və yoğun bağırsaq poliplərinin çıxarılması,
öd yollarının xüsusi üsullarla yoxlanılması və s.) bir çox
endoskopik müayinələrin aparılmasına «Diaqnoz»-da yerləşən
avadanlığın və bacarıqlı həkimlərin sayəsində nail olunur.
Həmcinin klinikamızda
2003-2009-cu illərdə Rusiya Federasiyası
Sankt-Peterburq
şəhərində, diplomdan sonrakı Tibb Akademiyasında Proktoloji
şöbədə işləmiş və
müdafiə etmiş,
tibb elimləri namizədi Cərrah –proktoloq
Əliyev Anar fəaliyyət göstərməkdədir.Klinikamızda yüksək
mütəxəssis
tərəfindən
-
Həzm
pozğunluqları,qaraciyər,öd kisəsi,mədəaltı vəz xəstəlikləri;
-
Qəbizlik,bağırsaq pozğunluqları
-
Yoğun bağırsaqvə düz bağırsaq xəstəlikləri,babasil,anus
çatı,düz bağırsaq svişləri,büzdüm nahyyəsinin kistaları (dermoid
kistalar ) və svişlərinin
-
Anus nahiyyəsinin kandilomasının düzgün diaqnoz və effektiv
müalicəsi(konservativ və cərrahi üsulla) aparılır.
Kabinet hər gün saat 9:00-dan 14:00-dək əhalinin xidmətindədir.
Müayinəyə qida borusu, mədə, 12 barmaq bağırsağın baxışı, mədə
və 12 barmaq bağırsaqdan analizin götürülməsi (PH və
Heliobakteriya üçün) müalicəvi dərmanların yeridilməsi daxildir.
|